Xəzər Xəbər

Gürcüstanın Azərbaycana 7 milyard dollara yaxın borcu var

İqtisadiyyat | 13:25 • 14 Dekabr 2019
Gürcüstanın Azərbaycana 7 milyard dollara yaxın borcu var

Cari ilin dekabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana olan borcu 6,874 milyon ABŞ dolları təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında məlumat verilir.


Bildirilir ki, Gürcüstanın 5 392 830 milyon dollar məbləğində xarici dövlət borcu var. Bunun da 5 186 895 milyon dolları hökumətin payına düşür.


Gürcüstanın ən çox borcu olduğu ölkələrin siyahısında birinci yerdə 312,531 milyon dollarla Almaniya dayanır. Üçlükdə sonrakı yerləri Fransa (229,057 milyon dollar) və Yaponiya (213,946 milyon dollar) tutur.


Gürcüstanın həmçinin, Türkiyəyə 13,209 milyon, Rusiyaya 53,772 milyon dollar həcmində borcu var.

Rubrikanın digər xəbərləri

Xəbər lenti