Xəzər Xəbər

Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb

Region | 10:30 • 13 Dekabr 2019
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb

Şəmkirdə yük qatarı qadını vurub.


Hadisə rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.


Həmin ərazidən keçən elektrovoza qoşulmuş yük qatarı Qazax istiqamətində olan zaman Zəyəm qəsəbə sakini, 1984-cü il təvəllüdlü Xəyalə Şərifovanı vurub. Nəticədə X. Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.


Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci( yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Xəbər lenti