Xəzər Xəbər

YAP-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib VİDEO

Veb TV | 19:35 • 12 Dekabr 2019
YAP-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

''Ulu Öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı'' bunu Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirdə YAP-ın icra katibi Siyavuş Novruzov deyib. Tədbirdə Heydər Əliyevin həyatından, xidmətlərindən danışılıb..

Millət vəkilləri, ziyalılar və gənclər təşkilatlarının üzvləri ulu öndər Heydər Əliyevi anmaq üçün Yeni Azərbaycan Partiyasının icra katibliyində toplaşıb. Tədbirdə çıxışçılar ümummilli liderin keçdiyi həyat yolu və Azərbaycanın inkişafı üçün atdığı addımlardan bəhs ediblər. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki. ''Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı. Bu bəladan ölkəni Heydər Əliyev xilas edib''.

Çıxış edənlər bildirib ki, bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır. Tədbirdə xüsusi ilə gənclər çoxluq təşkil edib.

Sonda gəncələr də Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

Xəbər lenti