Xəzər Xəbər

Azərbaycan xalqı Fəxri Xiyabana axın etdi VİDEO

Veb TV | 19:02 • 12 Dekabr 2019
Azərbaycan xalqı Fəxri Xiyabana axın etdi

Səhər saatlarından on minlərlə insan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün fəxri xiyabana üz tutub. Ulu öndərin məzarını ziyarət edənlər ona ehtiramlarını bildiriblər. Xəzər Televiziyasının rəhbərliyi və kollektivi də ulu öndərin məzarını ziyarət edib.

Səhər saatlarından Fəxri Xiyaban insan axınına uğradı...

Ulu öndərin anım mərasiminə ictimaiyyətin bütün təbəqələrindən olan insanlar qatıldı.

Dövlət qurumlarının işçiləri eləcə də müxtəlif təşkilatların nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri qoydular.Fəxri xiyabanda yaşanan bu izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini və ehtiramını nümayiş etdirir.

Xəzər Televiziyasının rəhbərliyi və kollektivi də Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edənlər arasında olublar.Uulu öndərin abidə kompleksini önünə gül dəstələri qoyaraq Onun xatirəsini hörmətlə anıblar.

Polis əməkdaşları isə insanların təhlükəsiz hərəkətini təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışıblar. Fəxri Xiyabanın yaxınlığında yollar bağlanıb və polis postları qurularaq vətəndaşların asan və sürətli keçidi təmin olunub.

Xəbər lenti