Xəzər Xəbər

Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ VİDEO

Veb TV | 19:47 • 12 Dekabr 2019
Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ

Şagirdlərin davamiyyət məsələsinə məsuliyyətsiz yanaşanlarla bağlı ciddi tədbirlər görüləcək. Təhsil Nazirliyi bu barədə direktor və təhsil şöbələrinin müdirlərinətapşırıq verib. Bu arada psixoloqların əməkhaqlarının artımına diaqnostik qiymətləndirilmədən sonra baxılacaq.

"Davamiyyət məsələsinə məsuliyyətsiz yanaşan direktor və təhsil şöbələrinin müdirlərinə qarşı ciddi addımlar atılacaq".Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Nazir müavini bildirib ki, bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb.Bu sistem vasitəsiləoxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatlar görülür.Məhəbbət Vəliyeva direktorlara davamiyyətlə bağlı ciddi tapşırıq verildiyini də bildirib.

Nazir müavini psioxoloqların diaqnostik qiymətləndirilmədən sonra əməkhaqlarının artırılması məsələsinə də münasibət bildirib.Onun sözlərinə görə , orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək.Ümumilikdə diaqnostik qiymətləndirmədə təxminən 3000-ə yaxın psixoloqun iştirakı gözlənilir..

Məhəbbət Vəliyeva Gürcüstanda Azərbaycandilli məktəblərin dərsliklərlə təminatı probleminin də həll ediləcəyini bildirib.Onun sözlərin görə,Təhsil Nazirliyi həmin məktəblərdə şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə götürüb.

Xəbər lenti