Xəzər Xəbər

Nazir müavinindən məktəblərdə Yeni il tətili - AÇIQLAMASI

Gündəm | 15:20 • 12 Dekabr 2019
Nazir müavinindən məktəblərdə

Yeni ildə altı günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib.

XəzərXəbər-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini qeyd edib ki, hələlik bu məsələ ilə bağlı nazirlik tərəfindən qərar verilməyib:

"Həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək”.

Xəbər lenti