Xəzər Xəbər

Gürcüstan parlamentində baş verən insidentlə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-1

Dünya | 15:06 • 12 Dekabr 2019
Gürcüstan parlamentində baş verən insidentlə bağlı cinayət işi başlanılıb -

Gürcüstan parlamentində baş verən insidentlə bağlı cinayət işi başlanılıb.


Bu barədə Gürcüstan Daxili İşlər Nazilriyi (DİN) məlumat yayıb. Bildirilib ki, faktla əlaqədar sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.


Gürcüstan parlamentində baş vermiş insident nəticəsində 4 nəfər xəsarət alıb


Bu barədə parlamentin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sopo Kiladze məlumat verib.



O qeyd edib ki, onlardan iki nəfəri millət vəkili, iki nəfər isə parlamentin işçiləridir. Onlardan bir nəfəri artıq xəstəxanaya aparılıb.


***


saat 14:24


Müxalif partiyalardan olan iki millət vəkili Gürcüstan parlamentinin iclas zalına mənşəyi məlum olmayan kəskin qoxulu maye səpiblər.


APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bundan sonra çoxluq təşkil edən millət vəkilləri iclasa fasilə verilməsini tələb ediblər.


Mayenin kəskin qoxusu səbəbi ilə bəzi millət vəkillərinin halı pisləşib, onlara təcili tibbi yardım çağırılıb.


Hadisəyə görə məsuliyyəti parlament binasının qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçısı olan "Utanc” hərəkatı öz üzərinə götürüb.

Xəbər lenti