Xəzər Xəbər

Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Hadisə | 14:38 • 12 Dekabr 2019
Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dekabrın 10-da saat 13 radələrində naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirərək yıxıldığından həmin şəxs hadisə yerindən uzaqlaşıb.


Quldurluq hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev idarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədilə törətdiyini bildirib.


Faktla bağlı Akif Məmiyev barəsində Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti