Xəzər Xəbər

ABŞ-dan Səudiyyə Ərəbistanına şok: 850 səudiyyəli hərbçi araşdırılacaq

Dünya | 17:11 • 11 Dekabr 2019
ABŞ-dan Səudiyyə Ərəbistanına şok:

ABŞ Müdafiə Nazirliyi ölkənin hərbi hissələrində təhsil və təcrübə alan Səudiyyə Ərəbistanı hərbçiləri ilə bağlı təlimləri dayandırıb.

Bu barədə qərarı müdafiə nazirinin müavini, general Norquist açıqlayıb.

General deyib ki, dekabrın 6-da ABŞ-da hərbi hava bazasına səudiyyəli pilotun təşkil etdiyi hücumdan sonra ölkədə təhsil alan əcnəbi əsgərlər araşdırılacaq.

Müdafiə nazirinin müavini əlavə edib ki, görüləcək tədbirlər haqqında Səudiyyə Ərəbistanının müvafiq qurumlarına bildirilib.

Xatırladaq ki, ABŞ-da 850 səudiyyəli hərbçi var.

Hazırda ABŞ-da təlim keçən səudiyyəli pilotların uçuşları dayandırılıb.Ən son xəbərlərə görə, ABŞ-da olan 850 səudiyyəli hərbçinin 300 nəfəri pilotdur./teleqraf

Xəbər lenti