Xəzər Xəbər

Narkotik ticarətində silahlı insident: 2 polis, 4 vətəndaş öldü - VİDEO

Veb TV | 14:34 • 11 Dekabr 2019
Narkotik ticarətində silahlı insident:

ABŞ-ın Nyu- Cersi ştatındakı Cersi-Sitidə baş verən silahlı qarşıdurma zamanı ölənlərin sayı 6-ya çatıb.

Ölənlərdən biri polis, ikisi cinayətkar, üçü isə mülki vətəndaşdır.

Cersi-Sitinin bələdiyyə sədri Stiven Fulop tvitterdən verdiyi açıqlamada 3 polisin yaralandığını bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, insident narkotik ticarəti əsnasında yaranan problemdən qaynaqlanıb.

ABŞ prezidenti Donald Tramp hadisədən xəbərdar olduğunu tvitterindən bildirib.

***

ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) atışma baş verib.

Atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər həlak olub.

Məlumata əsasən, atışma cinayətkarların gizləndiyi mağazada baş verib.

Bildirilir ki, polis əməkdaşları azı 2 cinayətkarı zərərsizləşdirməyi bacarıb./publika.az

Xəbər lenti