Xəzər Xəbər

Aydan Şener: “Qapıları döyüb paltar dəyişmək üçün icazə istəyirdik”

Şou Biznes | 14:07 • 11 Dekabr 2019
Aydan Şener:

Məşhur aktrisa Aydan Şener şəxsi və peşə həyatı ilə bağlı açıqlamalar verib.

Türkiyə mətbuatı xəbər verir ki, 56 yaşlı kino ulduzu Akbatı Akademiyasının qonağı olub. Aktrisa əvvəllər həmkarlarının çəkilişə paltarla dolu çamadanla getdiklərini söyləyib:

"Bizim dövrümüzdə pavilyona çamadanlarla gedirdik. Paltarlarımızı özümüz seçirdik. Kostyum və karavan yox idi. Birinin qapısını döyüb paltar dəyişmək üçün icazə istəyirdik. Rusiyada və Özbəkistanda "Çalıkuşu” hələ də yayımlanır. Rusiyada xüsusi maraqla qarşılanır”.

O, üzündə bu vaxta qədər heç bir estetik əməliyyat keçirmədiyini qeyd edib.

"Yalnız nəmləndiricilərdən istifadə edirəm”.

10 ilə yaxın Ayhan Akbinlə evli olan sənətçi, 31 yaşlı qızının olduğunu və yenidən ailə qurmaq barəsində düşünmədiyini bildirib./publika.az

Xəbər lenti