Xəzər Xəbər

Azərbaycanda xəstəxanada YANĞIN - Xəstələr təxliyə olundu

Hadisə | 13:44 • 11 Dekabr 2019
Azərbaycanda xəstəxanada YANĞIN - Xəstələr təxliyə olundu

Yevlaxda xəstəxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti