Xəzər Xəbər

Bakıda GÜCLÜ YANĞIN: Helikopter və təyyarə cəlb olundu VİDEO

Veb TV | 19:31 • 10 Dekabr 2019
Bakıda GÜCLÜ YANĞIN: Helikopter və təyyarə cəlb olundu

Səhər saatlarında paytaxtın Binəqədi rayonunda ''Eurohome'' tikinti malları satılan bazarda yanğın olub. Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə yanğınsöndürən helikopter və təyyarə də cəlb edilib. Yanğın 4 saatdan sonra söndürülüb. Təfərrüatları təqdim edirik.

Bir mağazada başlayan yanğın bütün bazarı ağuşuna alıb.

Səhər saat 8:18-də Fövqəladə Hallar Nazirliyinin ''112'' xidmətinə məlumat daxil olub ki, Binəqədi rayonu, Bakı-Sumqayıt yolu üzərində olan ''Eurohome" tikinti materilalları satılan bazarda yanğın olub. Hadisə yerinə gələn bir neçə yanğınsöndürənlər alovun güclü olduğunu görüb 3-cü dərəcəli çağırış elan ediblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev də gəlib. Ərazidə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları da postlar qurublar. Yanğınsöndürənlərin uzun səyindən sonra yanğın söndürülüb.

Bir neçə təcili tibbi yardım biriqadaları da ərazidə olub. Səhiyyə nazirliyindən verilən məlumata görə, ümumilikdə 8 nəfər təcili yardıma müraciət edib. Onlardan 4 nəfərə tüstüdən zəhərlənmə diqanozu qoyulub. Onlardan bəziləri xəstəxanaya aparılıb bəzilərinə isə yerində yardım edilib.

Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev bildirib ki, yanğının ərazisi 21 min kvadratmetr olub. Təxminən 4 saatlıq müdaxilədən sonra alov söndürülüb. Nazir müavin yanğının gec söndürülməsinin səbəbini də açıqlayıb.

Nazir müavini yanğının səbəblərinin araşdırıldığını və götürülən nümunələr labarator müayinələrədən keçirildikdən sonra müəyyən olunacağını bildirdi. Yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tamamilə məhdudlaşdırılıb. Alov tam söndürüldükdən sonra yolda hərəkət qismən bərpa edilib. Bu işlərə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov nəzarət edib.

Hadisə zamanı bəzi mağaza sahibəri yanmayan tikinti mallarını kənara daşıyıblar. Bu zaman həmin malları oğurlamağa cəhd edən 3 nəfər şəxs də polis tərəfindən saxlanıb, ərazi üzrə polis bölməsinə aparılıblar.

Xəbər lenti