Xəzər Xəbər

Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir VİDEO

Veb TV | 21:06 • 9 Dekabr 2019
Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir

''Rusiya və Azərbaycan arasında siyasi , iqtisadi -ticarət , nəqliyyat və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir''. Bu sözləri Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın 18-ci iclasında baş nazirin müavini Şahin Mustafayev deyib.O, bildirib ki,inovasiyalar ,gənclər arasında əlaqələrin inkişaf etdirilməsi üçün bəzi əməkdaşlıq məsələləri də razılaşdırılıb.

Baş nazirini müavini bildirib ki,Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi ötən il 8 dəfəyədək artmışdırsa, bu ilin ötən dövründə artım 60%-i keçib.Artıq ildə 200 min tondan çox yük daşınır.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin isə bildirib ki,Rusiya ilə Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair yol xəritəsi hazırlanır.

Görüş zamanı bildirilib ki,yaxın zamanda Samur çayı üzərində körpü tikintisi başa çatdırılacaq.Bu da ikitərəfli ticarətə və gediş-gəlişə töhfəsini verəcək.

Qeyd edək ki ,Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4,9 mlrd. dolları təşkil edir.Azərbaycan Rusiya iqtisadiyyatına isə 1,2 mlrd. dollar investisiya yatırıb.


Xəbər lenti