Xəzər Xəbər

Rusiya CAS-a gedir Dopinq qalmaqalı

Dünya | 18:02 • 9 Dekabr 2019
Rusiya CAS-a gedir

Rusiya Dünya Antidopinq Agentliyinin (WADA) verdiyi bir qərardan sonra Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.


Bunu dekabrın 9-da Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini, Olimpiya çempionu Svetlana Jurova deyib.


"19 dekabrda RUSADA (Rusiya Antidopinq Agentliyi) Müşahidə Şurasının iclası olacaq, RUSADA ya bu tövsiyələri qəbul edəcək, ya etməyəcək. Sonra Lozannadakı məhkəmə 100% (Rusiya məhkəməyə müraciət edəcək - red.), çünki biz idmançılarımız üçün mübarizə aparmalıyıq”, - Jurova deyib.

Nəticədə Rusiya, bundan əlavə, Yekaterinburq 2023 Universiadasını keçirmək hüququnu itirə, Sankt-Peterburqda isə Avropa Futbol Çempionatının əvvəlcədən planlaşdırılan qrup mərhələsi oyunları və dörddəbir final oyunları keçirilməyə bilər.


Eyni zamanda Rusiya Futbol İttifaqının (RFİ) mətbuat xidməti Rusiyada tədbirlərin təşkilində hər hansı bir məhdudiyyətin olmayacağına ümid etdiklərini bildirib.

Xəbər lenti