Xəzər Xəbər

İlon Mask elektrikli pikapı ilə Los-Anceles küçələrində…

Texnologiya | 17:01 • 9 Dekabr 2019
İlon Mask elektrikli pikapı ilə

"Tesla” şirkətinin yaradıcısı İlon Mask rəhbəri olduğu şirkətin istehsalı olan "Cybertruck” elektrik pikapı ilə Los-Anceles küçələrində görünüb.

Bu barədə TMZ portalı məlumat yayıb.

Pikap ilk dəfədir ki, Los-Anceles küçələrində görüntülənib. Pikapın kütləvi istehsalına 2021-ci ildə başlanacağı bildirilmişdi. Şirkət 250 mindən artıq sifariş alıb.

Elektrik pikapın qiyməti mühərrikin növündən və ötürücüdən asılı olaraq 39900 dollar, 49900 dollar və 69900 dollar təşkil edir. Elektrokar enerjinin doldurmadan 800 km-dən çox məsafəni qət edə bilir, 2,9 saniyə ərzində 100 km/saat sürət yığmağa qadirdir və 1,5 ton yükqaldırma qabiliyyətinə malikdir./axar.az

Xəbər lenti