Xəzər Xəbər

Donuz qripi 81 nəfəri öldürdü, 8 min insan müalicədədir Ölkə ŞOKDA

Dünya | 15:03 • 9 Dekabr 2019
Donuz qripi 81 nəfəri öldürdü, 8 min insan müalicədədir

İranda donuz qripi sentyabr ayından bu yana 81 nəfərin həyatına son qoyub.

Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Rza Rəisi danışıb.

Rəisi bildirib ki, son bir həftə ərzində 8 min 333 insan qrip şikayəti ilə xəstəxanalara müraciət edirib. Onların yarısı tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Yarısı isə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, İranın Gülüstan, Mazandaran, Kirman, Əhvaz və Kəhgüliyə-Buyer Əhməd əyalətlərində H1N1 virusu (donuz qripi) aşkarlanıb.

Xatırladaq ki, İran 1noyabrın 15-dən benzinin 3 qat bahalaşmasından sonra çətin günlər keçirir./publika.az

Xəbər lenti