Xəzər Xəbər

Bakıda kişi keçmiş arvadını və qaynını doğradı – RƏSMİ MƏLUMAT

Hadisə | 14:26 • 9 Dekabr 2019
Bakıda kişi keçmiş arvadını və qaynını doğradı

Daxili İşlər Nazirliyi Binəqədi rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar