Xəzər Xəbər

Bakıda uşaqlara qarşı iyrənc əməl Hədələyib 1850 manat aldılar

Hadisə | 14:20 • 9 Dekabr 2019
Bakıda uşaqlara qarşı iyrənc əməl

Bakıda 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti