Xəzər Xəbər

Bu kəndin sakinləri yolda sürət həddinin çox olmasından narazıdır VİDEO

Veb TV | 19:01 • 7 Dekabr 2019
Bu kəndin sakinləri yolda sürət həddinin çox olmasından narazıdır

Ağdaşda magistral yolun kənddən keçən hissəsində sürət həddi saatda 90 kilometrdir. Sakinlər bildirirlər ki, yüksək sürət səbəbindən orada dəfələrlə ölümlə nəticələnən qəza baş verib. Kənd sakinləri sürət həddinin saatda 60 kilometrə endirilməsini istəyirlər.

Magistral yolun yaşayış məntəqəsindən keçən hissəsində sürət həddi yüksəkdir…

Görüntülər Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağdaşın Şıxlı kəndi ərazisindən keçən hissəsindəndir. Magistral yolun 252-ci kilometrliyi yaşayış məntəqəsindən keçsə də, sürət həddi saatda 90 kilometrdir. Kənd sakinlərinin sözlərinə görə, nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etməsi insanların və heyvanların yolun digər tərəfinə keçməsinə çətinlik yaradır. Xüsusən də məktəbə gedib-gələn azyaşlılar hər gün bu yoldan keçməli olurlar.

Sakinlər deyirlər ki, bu yolda yüksək sürət səbəbindən dəfələrlə qəza da baş verib. Kənd sakinləri sürət həddinin saatda 60 kilometrə endirilməsini istəyirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin əraziyə baxış keçiriləcək və müvafiq tədbirlər görüləcək.

 

Xəbər lenti