Xəzər Xəbər

Gülnarə Kərimova ilə bağlı istintaq başa çatdı

Dünya | 13:54 • 7 Dekabr 2019
Gülnarə Kərimova ilə bağlı istintaq başa çatdı

Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovaya qarşı açılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş Prokurorluq Kərimovanı dövlət vəsaitini mənimsəməkdə və ölkənin maraqlarına zidd müqavilələr bağlanmaqda ittiham edir.

"Hazırda işlə bağlı istintaq başa çatıb. Gülnarə Kərimova vəkillərinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olur”, - prokurorluqdan bildirilib./teleqraf

Xəbər lenti