Dekabrın 5-də Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.
Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb. Dövlətimizin başçısı çay süfrəsi arxasında Fərdar Həsənov və anası Xuraman Həsənova ilə söhbət edib.
Bu gün "Xəzər Xəbər"in əməkdaşları həmin mənzilə baş çəkib, ailənin təəssüratlarını öyrənib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: