Xəzər Xəbər

Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb - VİDEO

Veb TV | 19:11 • 6 Dekabr 2019
Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb -

Bakıda metronun bir neçə stansiyasının qarşısında Yeni il bayramı ilə əlaqədar bayram çadırları qurulub. Bayram yarmarkalarında satışa çıxarılan məhsulların digər yerlərlə müqayisədə ucuz satıldığı bildirlir.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram çadırları metronun "Neftçilər", "Gənclik", "İnşaatçılar, "Nəriman Nərimanov",''Azadlıq'', "28 May" və ''Xətai'' stansiyalarının yaxınlığında qurulub. Bayram çadırlarında əsasən Yeni il atributları, şam ağacı, şaxta baba, qar qız oyuncaqları və suvenirlər satışa çıxarılıb. Bayram yolkalarının bəzədılməsı üçün aksesuarların qıymətlərı ölçüsünə, görünüşünə görə dəyişir. Yolka oyuncaqının qiyməti 1 manatdan 12 manata qədərdir.

Ən ucuz yolka 4 manata, ən bahalısı isə 100 manata satılır. Yolkalar Rusiya, Türkiyə və Çin istehsalıdır.

Bakı şəhər İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirilib ki, təşkil olunan bayram çadırlarında satışa çıxarılan məhsullar digər yerlərə nisbətən 10-15 faiz ucuzdur. Qiymətələr də qurum tərəfindən nəzarət olunur. Bayram yarmarkaları gələn ilin yanvarın 3-ə kimi davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti