Xəzər Xəbər

Şəmkir və Abşeronda oğurluq hadisələri törədilib, 5 nəfər saxlanılıb - VİDEO

Veb TV | 18:57 • 6 Dekabr 2019
Şəmkir və Abşeronda oğurluq hadisələri törədilib, 5 nəfər saxlanılıb -

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - 34 yaşlı Babək Sadıqov, 31 yaşlı Fərid Torkiyev və Bakı şəhər sakini, 49 yaşlı Elba Əhmədov saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, araşdırmalar zamanı müəyən edilib ki, Babək Sadıqov və Fərid Torkiyev müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlara qanunsuz daxil olaraq oradan xeyli miqdarda qızıl-zinət əşylarını və nağd pulu mənimsəyiblər. Sonradan həmin şəxslər oğurluq yolla əldə etdikləri qızıl-zinət əşyalarını Gəncə və Bakı şəhərlərində Elba Əhmədov vasitəsilə satıblar.

Saxlanılan hər üç şəxs əməlini etiraf ediblər və onların barəsində cinayət işi başlanılıb.

Abşeronda isə avtomobillərə qənim kəsilən iki dost saxlanılıb.

Rayon polis idarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Masazır kəndində avtomobillərdən maqintafon oğurlayan iki nəfər, dəfələrlə məhkum olunan 33 yaşlı Zülfüqar Salahov və 25 yaşlı Coşqun Əhmədov tutulub.

Araşdırma zamanı onların Sabirabad rayonunda vətəndaşlara məxsus xırdabuynuzlu heyvanları oğurladıqları da məlum olub.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti