Xəzər Xəbər

Restoranlar Yeni il hazırlığına başlayıb - VİDEO

Veb TV | 20:21 • 8 Dekabr 2019
Restoranlar Yeni il hazırlığına başlayıb -

Bakıda fəaliyyət göstərən restoranlar Yeni il üçün xüsusi menyular və qiymətlərini tərtib ediblər.

Xezerxeber.az-ın məlumatına görə, təqdim edilən menyular və qiymətlər fərqlidir.

İnzibatçıların sözlərinə görə, menyulardakı qiymət fərqi əsasən orda olan yemək və qəlyanaltıların sayı ilə bağlıdır. Qiyməti nisbətən ucuz olan menyularda ceşid az və oturulacaq masa səhnədən bir az kənardır.

Restoranlara gələn qonaqlar üçün xüsusi sürpizlər və şou proqramlar da hazırlanıb.

Müştəri cəlb etmək üçün bəzi restoranlar Yeni il qiymətlərində uşaqlar üçün endirim etsə də, bəzilərində vəziyyət tam fərqlidir.

Bəzi restoranların həyətlərində isə gecə saat 12-də atəşfəşanlıq təşkil ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti