Xəzər Xəbər

Azərbaycan ilə Gürcüstan birgə ali məktəb yaradır - VİDEO

Veb TV | 18:41 • 5 Dekabr 2019
Azərbaycan ilə Gürcüstan birgə ali məktəb yaradır -

''Azərbaycan diasporu xarici fəaliyyətində tez-tez erməni diasporu ilə toqquşur''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan diasporasından fərqli olaraq düşmən ölkənin nümayəndələrinin məqsədi bizneslərini genişləndirməkdir.

O, bəzi hallarda diaspora nümayəndələri arasında fikir ayrılıqlarının da olduğunu, amma bunun aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib.

Komitə sədri onu da açıqlayıb ki, xaricdə yaşayan aztəminatlı ailələrə sosial yardımların göstərilməsi və eyni zamanda miqrantlara hüquqi yardımın göstərilməsi üçün yeni layihəyə start verilib.

O, artıq Almaniya, Macarıstan, İspaniya da daxil olmaqla ümumilikdə 10 ölkədə Azərbaycan evlərinin yaradıldığını və gələcəkdə daha 8 ölkədə belə evlərin fəaliyyətə başlayacağını bildirib.

Fuad Muradov onu da əlavə edib ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, gələn ildən Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvota da ayrılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti