Xəzər Xəbər

Salyanda bölgəyə xas olmayan portağal ağacı yetişdirilib - VİDEO

Veb TV | 20:58 • 22 Noyabr 2019
Salyanda bölgəyə xas olmayan portağal ağacı yetişdirilib -

Salyan sakini həyətində bölgəyə xas olmayan portağal ağacı yetişdirib. Əsasən cənub bölgəsində yetişən ağacı həyətində əkən salyanlılar xeyli məhsul da əldə ediblər.

Xezerxeber.az-ın məlumatına görə, Aranın mərkəzində, Salyanın Yeni Uluxanlı kəndində Qəmbərovların təsərrüfatında neçə ildir ki, portağal ağacı bar verir.

Təsərrüfat sahibi Pərviz Qəmbərov deyir ki, ağacı 1992-ci ildə atası əkib. O, dünyasını dəyişəndən sonra isə ağaca oğlun özü qulluq göstərib. Ağac ilk dəfə 15 ildən sonra, 2007-ci ildə bar verməyə başlayıb.

Pərviz Qəmbərov deyir ki, sitrus meyvələrini isti iqlimdə yetişdirmək çox çətindir. Ötən il ev şəraitində dibçəkdə 10 ədəd portağal şitili yetişdirsə də açıq hava şəraitinə köçürdüyü zaman əkdiyi ağaclar quruyub. Elə kənd sakinləri də dəfələrlə bağlarında portağal yetişdirmək istəsələr də cəhdləri uğursuz alınıb.

Portağal ağacı hər il 300 kiloqrama yaxın meyvə verir. Salyanda hündürlüyü ilə də diqqət çəkən bu ağac soyuğa da dözür. Qışda çox soyuq olanda isə qorumaq lazım gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti