Xəzər Xəbər

ABŞ Senatı müvəqqəti büdcəni qəbul etdi

Dünya | 11:50 • 22 Noyabr 2019
ABŞ Senatı müvəqqəti büdcəni qəbul etdi

ABŞ Senatı cümə axşamı dekabrın 20-dək qüvvədə olacaq müvəqqəti büdcəni qəbul edib.

Sənədə 74 senator lehinə, 20 senator isə əleyhinə səs verib.

Sənəd imzalanması üçün prezident Donald Trampa təqdim olunacaq.

Müvəqqəti büdcə, müdafiəyəyə cavabdeh olan müdafiə nazirliyi və digər idarələr istisna olmaqla əksər federal nazirliklərin maliyyələşdirilməsini müəyyənləşdirir.

Xəbər lenti