Xəzər Xəbər

Keçmiş prezidentin oğlunu öldürən qatildən etiraf: “Buna görə...” – Tarixi qisas

Dünya | 11:33 • 22 Noyabr 2019
Keçmiş prezidentin oğlunu öldürən qatildən etiraf:

Dünən Almaniyanın keçmiş prezidenti Riçard Vayzekkerin oğlunu bıçaqlayaraq öldürən qatil cinayətin səbəbini açıqlayıb.

O bu qərarını Vayzekker ailəsinin Vyetnam müharibəsində istifadə olunan kimyəvi "Agent oranc” ("Agent orange”) maddəsinin istehsalı olunmasında iştirak etməsi ilə əlaqələndirib.

Keçmiş prezident Riçard Vayzekkerin oğlu Fritz Vayzekker dünən Berlində baş həkimi olduğu xəstəxanada keçirilən seminar zamanı qətlə yetirilib.

"Bild” qəzetinin məlumatına görə, adı açıqlanmayan qatil onu Vayzekker ailəsindən qisas almaq üçün öldürdüyünü etiraf edib.

Riçard Vayzekker Vyetnam müharibəsində ABŞ tərəfindən istifadə olunan zəhərli kimyəvi maddə olan "Agent oranc”ın istehsalı ilə məşğul olan "Boehringer Ingelheim” şirkətinin rəhbəri olub. ABŞ Vyetnam müharibəsində ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan "Agent oranc”dan istifadə etmişdi.

"Bild” Berlində törədilən cinayətin bununla bağlı olduğunu yazıb.

1984-1994-cü illərdə Almaniya prezidenti olan Riçard von Vayzekker bir neçə il əvvəl 94 yaşında vəfat edib./Teleqraf

Xəbər lenti