Xəzər Xəbər

Tailandda inşaat sahəsində baş verən bədbəxt hadisədə 7 fəhlə ölüb

Dünya | 16:51 • 21 Noyabr 2019
Tailandda inşaat sahəsində baş verən bədbəxt hadisədə 7 fəhlə ölüb

Tailandın cənubunda yerləşən Puket vilayətində inşaat sahəsində baş verən bədbəxt hadisə nəticəsində 7 fəhlə ölüb, 2 nəfər yaralanıb.


AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, inşası davam edən qaz stansiyasında iri beton plitə fəhlələrin üzərinə düşüb. Xilasedicilər bir neçə saatlıq əməliyyatdan sonra beton altından ölənlərin meyitlərini və yaralıları çıxarıblar.


Hazırda təhqiqat aparılır.

Xəbər lenti