Xəzər Xəbər

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib - VİDEO

Veb TV | 19:53 • 21 Noyabr 2019
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib -

Yeni Azərbaycan Partiyasının iqtidarının ömrü ölkənin siyasi həyatında kifayət qədər uzun olacaq. Vətəndaşlar da bu partiyanın iqtidarının faydalarını bundan sonra da görəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümündə təşkilatın sədr müavini Əli Əhmədov deyib.

Tədbirdə partiyanın funksionerləri və deputatlar iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib. İnsanlar Azərbaycanı xilas etməyin yeganə yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görüblər. Ulu öndərin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi də Yeni Azərbaycan Partiyası yaranıb. Partiyası yaranandan 6 ay sonra isə Heydər Əliyev hakimiyyətə gəlib. Yeni Azərbaycan Partiyası yaranmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, ölkə tamamilə fərqli tarixi, taleyi yaşayacaqdı.

Qeyd edilib ki, bu gün YAP-ın sıralarında 750 mindən çox insan cəmləşib. Ölkədəki gənclərin 10 faizi Yeni Azərbaycan Partiyasının üzvüdür.

Digər çıxış edənlər də YAP-ın Azərbaycanın yaxın tarixində oynadığı roldan, fəaliyyəti ilə ölkədə yaratdığı sivil siyasi ənənələrdən bəhs ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti