Xəzər Xəbər

Bakıda 3 nəfərin üstünə qaynar su dağılıb

Cəmiyyət | 10:07 • 21 Noyabr 2019
Bakıda 3 nəfərin üstünə qaynar su dağılıb

Bakıda 3 nəfərin üstünə qaynar su dağılıb.


Səhiyyə Nazirliyindən verilən xəbərə görə, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma dünən axşam saat 22.32-də daxil olub. Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb. Xəstələrə aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Xəbər lenti