Xəzər Xəbər

Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib

Dünya | 09:14 • 21 Noyabr 2019
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev etimadnaməsini bu ölkənin Prezidenti Coko Vidodoya təqdim edib.


AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimindən sonra qısa söhbət zamanı səfir Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını İndoneziya Prezidentinə çatdırıb.


Səfir ölkəmizin İndoneziya ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə səylərini əsirgəməyəcəyini vurğulayıb.


Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Prezident Coko Vidodo onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. Azərbaycanın İndoneziya üçün vacib tərəfdaş olduğunu qeyd edən Coko Vidodo səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, iqtisadiyyat, ticarət, neft, turizm və vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Xəbər lenti