Xəzər Xəbər

Hacıqabul və Masallıda oğurluq hadisələri olub, saxlanılanlar var - VİDEO

Veb TV | 19:11 • 20 Noyabr 2019
Hacıqabul və Masallıda oğurluq hadisələri olub, saxlanılanlar var -

Hacıqabulda elektrik xətlərini kəsib oğurlayan iki nəfər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, oğurluq hadisəsi bir həftə əvvəl gecə saatlarında Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisində yerləşən Şirvan sakini Elşən Məlikova məxsus fermada baş verib.

Ferma sahibi ona məxsus təsərrüfatdan 1720 metr uzunluqda alüminium elektrik kabelinin kəsilərək oğurlanması barədə polisə məlumat verib.

Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 33 yaşlı İlham Fərəcov və 40 yaşlı Müşviq Şirinov polis tərəfindən saxlanılıb.

Oğurlanan kabellər maddi sübut kimi götürülüb.

Masallının Şərəfə kəndində yaşayan Ramid Qəmbərovun evindən isə pul və qızıl-zinət əşyaları oğurlanıb.

Zərərçəkmiş polisə müraciət edərək 500 manat pulunun və 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Nəticədə şübhəli bilinən Şərəfə kənd sakini Raqib Zeynalov saxlanılıb. Saxlanılan şəxs əvvəllər də törətdiyi eyni əmələ görə məhkumluq həyatı yaşayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti