Xəzər Xəbər

Vergilər Məcəlləsinə dəyişikliklər edilir - POS-terminal olmayan obyektlər cərimələnəcək - VİDEO

Veb TV | 19:52 • 17 Noyabr 2019
Vergilər Məcəlləsinə dəyişikliklər edilir -

Azərbaycanda POS-terminal olmayan satış obyektləri qalmayacaq. Buna səbəb vergi məcəlləsinə təklif edilən 162 dəyişiklikdir. Beləki qanunvericilik qüvvəyə mindikdən sonra pos terminal olmayan obyektlərin sahibləri cərimələnəcək. Yeniliyin növbəti ildən tətbiqi gözlənilir. Bundan başqa satış mərkəzlərində onlayn kassalar da quraşdırılacaq ki, buna görə də sahibkarlara güzəşt ediləcək.

Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən və Milli Məclisdə müzakirə edilən dəyişikliklə artıq pos terminal olmayan obyekt qalmayacaq. Millət vəkili, Parlamentin İqtisadi Siyasət, Sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin sözlərinə görə yeniliyin məqsədi ölkədə nəğdsiz ödənişlər üçün olan maneələrin aradan qaldırılmasıdır.

Yeniliyin 2020-ci ilin Yanvarın 1-dən tətbiq ediləcəyi gözlənilir. Cərimənin məbləği isə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə təsdiqlənəcək. Bundan başqa növbəti ildən sahibkarlıq obyektlərində müasir Online kassaların da quruşadırılmasına başlanılacaq ki, sahibkarın buna çəkdiyi xərci də dövlət güzəşt şəklində ona qaytaracaq.

Bu məqsədlə gələn il sahibkarlara 24 milyon manatlıq güzəştin edilməsi gözlənilir. Millət vəkili Tahir Mirkişili bildirir ki, atılan addımların məqsədi ölkədə daha şəffaf vergi sistemini qurmaqdır. Qeyd edək ki,Vergi Məcəlləsinə edilən 162 dəyişiklik Parlamentin plenar iclasında 1-ci oxunuşda qəbul edilib.

 

Xəbər lenti