Xəzər Xəbər

Tovuz sakini ermənilərin atdığı mərmiləri toplayıb saxlayır - VİDEO

Veb TV | 19:43 • 16 Noyabr 2019
Tovuz sakini ermənilərin atdığı mərmiləri toplayıb saxlayır -

Tovuz sakini Ermənistan silahlı qüvvələrinin atdığı mərmiləri toplayıb saxlayır.

Xezerxeber.az-ın məlumatına görə, Tovuzun Əlibəyli kənd sakini olan Ədalət Rzayev erməni hərbçilərin dinc sakinlərə atdıqları mərmi və güllə qalıqlarını bu gün də saxlayır. Onun topladığı 200-dək mərmi təkcə öz evinə atılanlardır. Mərmi qalıqlarının bir çoxu istifadəyə qismən yararlı olduğu üçün evində saxlamayıb.

Mərmilər arasında tankdan və müxtəlif iriçaplı silahlardan atılanlar da var.

Ədalət Rzayev deyir ki, mərmiləri toplamaqda məqsədi cəbhə kəndlərinə gələn xarici dövlətlərin nümayəndələrinə erməni vəhşiliklərini əyani şəkildə göstərməkdir. Ermənistan hərbçilərinin dinc sakinlərə qarşı törətdikləri təxribatların izləri onun yaşadığı evin divarlarında antenada bu gün də qalmaqdadır.

Mərmi qalıqlarını toplamaqda oğlu Ramil də Ədalət Rzayevə kömək edir.

Rzayevlər ailəsi deyir ki, düşmənlə üz-üzə olmalarına baxmayaraq, arxayın yaşayır və həyatlarına davam edirlər. Buna səbəb isə ordumuza olan sonsuz güvəndir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti