Xəzər Xəbər

Balakəndə törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Region | 16:01 • 15 Noyabr 2019
Balakəndə törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Balakən rayon sakini Elvin Balayevin noyabrın 14-də kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti