Xəzər Xəbər

Elmira Süleymanova istefa verdi? AÇIQLAMA

Gündəm | 11:10 • 15 Noyabr 2019
Elmira Süleymanova istefa verdi?

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ombudsman Aparatından bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəzifəsini icra edir. O, istefa ərizəsi yazmayıb. Bu haqda mətbuatda yayılan məlumatlar yanlışdır", - Ombudsman Aparatından bildirilib.

Qeyd edək ki, E.Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefa ərizəsi yazdığı haqda məlumatlar yayılıb.

82 yaşlı E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib./report/

Xəbər lenti