Xəzər Xəbər

Müsavat partiyasının “miqrant biznesi“ ifşa olundu VİDEO

Veb TV | 20:59 • 14 Noyabr 2019
Müsavat partiyasının “miqrant biznesi“ ifşa olundu

Müsavat partiyası və radikal düşərgəni təmsil edən digər partiyaların miqrant alveri ilə məşğul olması ilə bağlı iddialar əvvəlllərdə dəfələrlə gündəmə gəlib. Amma hər dəfəsində partiya rəhbərliyi səviyyəsində bu ittihamlar ya təkzib edilib ya da cavabsız qalıb. Bəs görəsən indi necə? Sığınmağa başqa bəhanə qalıbmı? Axı ittihamı indi hakim partiya nümayəndəsi yaxud hər hansı bir jurnaliş yox, daim mədət umduqları avropa irəli sürüb.

Müsavat partiyasının üzvələri, özü də sadə üzv yox, partiyanın avropa koordinasiya mərkəzinin sədri, sədr müavini və digərləri həbs olunub.Həbs olunmalarına səbəb isə miqrant alveri ilə məşğul olmalırıdır. İttiham isə kifayət qədər aydın və dəqiqdir. Onlar 3-10 min avro ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir. Siyasi ekspert Azər Həsrət deyir ki, bu Müsavat partiyasının və onun öndəgələnlərinin fəaliyyətinin ifşasıdır.

Almaniya rəsmi dairələri tərəfindən irəli sürülən bu ittihamlar həm də söyüş müxalifətinin ifşasıdır. Görünür onlara vəd edilən sığınacağın müqabilində təkcə pul yox həm də Azərbaycan dövləti əleyhinə fəaliyyətlər də tələb olunur.

Azər Həsrət deyir ki, həmin şəxslər Azərbaycanda əlaqələri olmadan bu fəaliyyəti apara bilməzdilər. Hər hansı bir şəxsə sığınacaq almaq üçün ona dırnağarası siyasi keçmiş hazırlamaq lazımdır. Istisna olunmur ki, bu keçmişi məhz partiyanın xətti ilə hazırlasınlar.

Əmək hüquqlarını müdafiə liqasının sədri Sahib Məmmədov da deyir ki, əslində ölkə daxilində təşkil olunan bir çox aksiyalar da məhz həmin şəxslərin miqrant biznesinə xidmət edir.

Maraqlısı budur ki, daim şəffaflıqdan demokratiyadan dəm vuran Müsavat partiyası və funkusionerləri hələ də məsələyə rəsmi münasibət bildirməyib. Halbuki daim digərlərini saxtakarlıqda, qeyri qanuni əməllərdə, rüşvət almaqda ittiham edən Müsavat partiyasıından məsələyə aydınlıq gətirməsini gözləmək bütün ictimaiyyətin haqqıdır. Bizim özümüzün də partiyanın mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Görünür Müsavat rəhbəri və mətbuat xidməti çıxış yolunu telefonu söndürməkdə görüb. Bunu da başa düşmək çətin deyil. Çünki indi itthamları hər hansı bir jurnalist yaxud hakim partiyanın nümayəndəsi yox daim mədət umduqları avropa irəli sürüb.

Xəbər lenti