Xəzər Xəbər

Sərnişinlərdən oğurluq edən şəxs tutulub VİDEO

Veb TV | 19:34 • 14 Noyabr 2019
Sərnişinlərdən oğurluq edən şəxs tutulub

Ağdaş sakini heç kimin ağlına gəlməyən yolla oğurluq edib. O, Kürdəmir ərazisində sərnişinlər fasilə üçün avtobusdan düşdükdən sonra onların avtobusda qalmış çantalarından pul oğurlayıb. Polis həmin şəxsi saxlayıb. Ağcabədidə isə mağazadan oğurluq edən şəxs tutulub.

Restoranda dayanmış avtobusun içinə daxil olaraq sərnişinlərin pullarını ogurlayıb.

Hadisə Kürdəmirdə baş verib. Saxlanılan 33 yaşlı Ağdaş sakini Hakim Quliyev müxtəlif vaxtlarda vətəndaşların birindən 340 dollar, 400 manat pul, digərindən isə telefon oğurlayıb. Polis onu saxlayaraq polis şöbəsində dindirib.

Onun bənzər oğurluqlar edib-etmədiyi araşdırılır.

Ağcabədi rayonunda isə mağazadan oğurluq edən tutulub. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, oğurluq hadisəsini Xəyal Qurbanov edib. O, ilkin ifadəsində törətdiyi əməli etiraf edərək mağazadan gecə saatlarında siqaret və digər əşyalar oğurladığını bildirib.

Xəyal Qurbanov saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti