Xəzər Xəbər

“Azəriqaz”a borcumuz var, amma..." – Açıqlama

Gündəm | 13:35 • 14 Noyabr 2019
“Azəriqaz”a borcumuz var, amma..." – Açıqlama

"Azəriqaz” İstehsalat Birliyinə müəyyən borcumuz var. Onun aradan qaldırılması üçün tədbirlər görürük. Bir neçə il bundan qabaq borcla bağlı problem yaranmışdı. Bu il isə istilik mövsümü vaxtında başlayacaq. Ancaq borcun ödənilməsi üçün tədbirlər görülür. Bu borcun mövcudluğunun abonentlərə heç bir təsiri olmayacaq.

XəzərXəbər xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, "Azəristiliktəchizat”ın borcu yalnız "Azəriqaz”adır. Qurumun başqa hər hansı dövlət təşkilatına borcu yoxdur.

Sədr müavini onu da bildirib ki, istilik sisteminə qoşulmayan 300-ə yaxın binalar əsasən, Nərimanov və Nəsimi rayonlarında yerləşir:

"Həmin binalarla bağlı problem ondadılr ki, onlar reqistir tipli binalardır. Belə binalarda da istilik sisteminin bərpası mümkün deyil”.

Xəbər lenti