Xəzər Xəbər

Xaçmazda DƏHŞƏT Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü

Hadisə | 11:15 • 14 Noyabr 2019
Xaçmazda DƏHŞƏT

Xaçmazda gənc oğlanın parçalanmış meyiti tapılıb.

Xaçmaz rayon Çarxı kəndi ərazisindəki dəmir yolu xəttində kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Ağacan Maqsud oğlunun çılpaq vəziyyətdə hissələrə bölünmüş meyiti dəmir yolu xəttinin arasında aşkar edilib.

Meyitə baxış keçirilərkən məlum olub ki, A.Mehtiyevin ayaqları bədənindən ayrılıb, sağ ayaq meyitin yanında, sol ayağı isə meyitdən 32 metr kənarda aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Mehtiyev yük qatarı ilə vurulub.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyini pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

İstintaqla A.Mehtiyevi vuran yük qatarı müəyyən edilib. (trend)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti