Xəzər Xəbər

Bakıda vətəndaşlara hücum edən yarıçılpaq 2 nəfər tutuldu VİDEO

Veb TV | 19:21 • 13 Noyabr 2019
Bakıda vətəndaşlara hücum edən yarıçılpaq 2 nəfər tutuldu

Bakıda yarıçılpaq formada küçəyə çıxaraq insanlara hücum edən iki nəfər tutulub. Həmin şəxsləri polis sosial şəbəkələrdə yayılan video əsasında saxlayıb. Onlar barəsində toplanan material məhkəməyə göndərilib.

Yarıçılpaq formada yolan çıxaraq nəqliyyat vasitələrinə və insanlara hücum edirlər.

Yolu bağlayan həmin şəxslər daha sonra sərnişin avtobusuna yaxınlaşaraq sürücü ilə yersiz mübahisə edirlər. Görüntüləri şahidlərdən biri çəkərək sosial şəbəkələrdə paylaşıb.

Hadisə ötən gecə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Məlumata görə, sərxoş olan iki gənc yarıçılpaq formadayola çıxaraq qarşılarına çıxan şəxslərə müqavimət göstəriblər. Onlardan biri hətta avtobus gözləyən xanımı

Yalnız bundan sonra ətrafdakı şəxslər onlara tərəf gələrək zərərsizləşdirməyə çalışıblar. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntüdən sonra polis araşdırma aparıb və bu qanunazidd əməli törədən hər iki şəxs saxlanılıb.

Elşad Hcıyev deyir ki, hər iki şəxslə bağlı araşdırma aparılarkən onların orta dərəcəli sərxoş olduqları müəyyən edilib. Onlar inzibati xətalar məcəlləsinin 535.1-ci yəni ''polis işçisinin qanuni tələbinə məhəl qoymama'' madəsi ilə təqsirli bilinərək, barələrində toplanan materaial Sabunçu rayon məhkəməsinə göndərilib. Qeyd edək ki, bu əmələ görə onlar inzibat qaydada bir ay azadlıqdan məhrum edilə bilərlər.


Xəbər lenti