Xəzər Xəbər

Madriddən Mbappeyə fantastik təklif

İdman | 16:02 • 13 Noyabr 2019
Madriddən Mbappeyə

Madridin "Real” klubu PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappeyə yeni fantastik təklif göndərməyə hazırlaşır.

"Kral klubu” 20 yaşlı fransıza görə 400 milyon avro ödəməyə hazırdır.

Əgər razılaşma baş tutsa, Mbappe planetin ən bahalı futbolçusu olacaq. Hazırda bu ad onun klub yoldaşı Neymara məxsusdur. 2017-ci ildə PSJ Neymara görə "Barselona”ya 222 milyon avro ödəyib.

Mbappe özü də "Real”a keçiddə maraqlıdır. Futbolçu sezonun sonunadək PSJ-də çıxış etmək, daha sonra baş kluba keçmək niyyətindədir. Razılaşmanın növbəti ilin yayında baş tutması gözlənilir.

Xəbər lenti