Xəzər Xəbər

Neymar "Barsa"ya xahişlə getmək istəyir SON DURUM

İdman | 15:23 • 13 Noyabr 2019
Neymar "Barsa"ya xahişlə getmək istəyir

PSJ-nin 27 yaşlı hücumçusu Neymar "Barselona"ya keçmək keçmək istəyindən əl çəkməyib.

Fransa mətbuatının məlumatına görə, Fransa klubunun ulduzu son olaraq bu yöndə yeni addım atıb.

Forvard "Barselona"nın hücumçusu Luis Suaresin həyat yoldaşının ad günü şənliyinə qatılmaq üçün Kataloniyada olub. Kapitan Lionel Messinin də iştirak etdiyi şənlikdə Neymar qayıtmaq arzusunu bir daha çatdırıb. Futbolçular da onun qış fasiləsində alınması üçün rəhbərliyə müraciət edib.

Qeyd edək ki, Neymarın PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Fanat.Az

Xəbər lenti