Xəzər Xəbər

Şimali Koreya lideri ABŞ-a son tarix verdi – Gərginlik pik həddə

Dünya | 14:42 • 13 Noyabr 2019
Şimali Koreya lideri ABŞ-a son tarix verdi

Şimali Koreya lideri Kim Çen İn və ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə görüşməsə, Pxenyan və Vaşinqton arasında dialoq imkanları itə bilər.

Bu barədə Yaponiyada yayımlanan Şimali Koreya qəzeti "Coson Şinbo” xəbər verib.

Nəşrin iddiasına görə, ABŞ və Şimali Koreya arasında üçüncü zirvə görüşü keçirilməyəcəyi təqdirdə bir daha dialoqun davam etmə şansı olmayacaq.

Məqalədə həmçinin qeyd olunur ki, Şimali Koreya ABŞ-ın cəsarətli qərarını səbirlə gözləyir, dövlət başçısı Kim Çen İn görüş baş tutmasa, öz yolu ilə getməyə hazırdır:

"Son nitqində Şimali Koreya lideri beynəlxalq sanksiyaların qaldırılması ilə bağlı danışıqlarda iştirak tərəfdaşların cavabını gözlədiyini dedi. Habelə bildirdi ki, ABŞ onun göstərdiyi səbri səhv başa düşürsə, alternativi olmayan bir yol axtaracaq”.

Qəzet Kim Çen İnin ABŞ-a bu ilin sonuna qədər danışıqlar masasına qayıtmaq üçün son tarixləri təyin etdiyini də xatırladıb./teleqraf

Xəbər lenti