Xəzər Xəbər

"Mançester Siti"dən 22 yaşlı futbolçuya 100 milyon avro

İdman | 13:46 • 13 Noyabr 2019
"Mançester Siti"dən 22 yaşlı futbolçuya 100 milyon avro

Premyer Liqada lider "Liverpul"dan 9 xal geri qalan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola indidən qış transfer pəncərəsinin hazırlaqlarına başlayıb.


Kataloniyalı mütəxəssis ilk olaraq müdafiə xəttini gücləndirmək niyyətindədi. Onun bu mövqeyə əsas namizədi "Benfika"nın üzvü Ruben Diasdı. "Mançester Siti"nin 22 yaşlı futbolçu üçün portuqaliyalılara 100 milyon avro təklif edəcəyi deyilir.


Qeyd edək ki, Dias bu mövsüm "Benfika"nın heyətində 17 oyuna çıxaraq 1530 dəqiqə oynayıb və 2 qol vurub.


Fanat.Az

Xəbər lenti