Xəzər Xəbər

Məşhur türkiyəli baş məşqçi istefa verdi RƏSMİ

İdman | 10:28 • 13 Noyabr 2019
Məşhur türkiyəli baş məşqçi istefa verdi

Türkiyənin "Antalyaspor" futbol klubunun baş məşqçisi Bülent Korkmazın istefası klub rəhbərliyi tərəfindən qəbul edilib.

Baş məşqçi ilə müqaviləyə rəsmən xitam verilməsindən sonra Bülent Korkmaz sosial şəbəkə vasitəsilə paylaşım edib. O, "Antalyaspor" klubuna və azarkeşlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu il Türkiyə çempionatına yaxşı start versə də, Korkmazın komandası sonradan uçursuzluq zolağına düşüb. Ardıcıl 4 oyunda meydanı xalsız tərk edən komanda son olaraq "Çaykur Rizespor"a 0:1 hesabl ilə məğlub olub.

Xəbər lenti