Xəzər Xəbər

Daha 32 Qarabağ əlili və şəhid ailəsinə ev verildi VİDEO

Veb TV | 20:49 • 12 Noyabr 2019
Daha 32 Qarabağ əlili və şəhid ailəsinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədə 12, Şirvan şəhərində isə 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Gəncə şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzillər təqdim edilib.

12 ailəyə yeni mənzillərin açarı verilib. Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının və Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətlərinin əsasını təşkil edir.

Şirvan şəhərində də evlər verilib. Burada isə yeni yaşayış binasından alınmış 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Qeyd edək ki, bu il 934 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılıb. Onlardan 246 mənzil artıq verilib.

Xəbər lenti