Xəzər Xəbər

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF

Cəmiyyət | 15:56 • 12 Noyabr 2019
Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı

Çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə bir az daha da artırılsın.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib.

O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var:

"Sosial təminatı zəif olan, o cümlədən, imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.

Xəbər lenti